BİZİM PORTFOLIO:


SON XƏBƏRLƏR

ətraflı >

YÜKLƏ:
Şirkətin prezentasiyası
Layihələrin broşuru
 AZ EN RU

HaqqImIzda

 

“Məqsədimiz Azərbaycan hüdudlarını aşan,
beynəlxalq səviyyədə rəqabətə davamlı transmilli korporasiyaya çevrilməkdir!”
 
2005-ci ildə təsis edilən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tikinti ,eləcə də, inşaat materiallarının istehsalı və  investisiya sahələrində Azərbaycanın və ümumiyyətlə Cənubi Qafqazın lider şirkətlərindəndir.
                                                                                                                     
“Akkord” Korporasiyanın əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa,  Korporasiya Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə də müxtəlif infrastruktur layihələri həyata keçirir. Həmçinin, Korporasiyanın Almaniya Federativ Respublikasının Frankfurt şəhərində nümayəndəliyi fəaliyyət göstərir.
 
2012-ci ildən etibarən “Akkord” Korporasiyası Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin eləcə də su təmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirir.
 
Bu günədək Korporasiyanın bütün başa çatmış infrastruktur layihələrinin ümumi dəyəri 1,7 milyard ABŞ dolları təşkil edir. Cari layihələrin ümumi dəyəri isə 1,9 milyard ABŞ dollarına bərabərdir.
 
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na dəstək olaraq “Akkord” Korporasiyası Bakı Metropoliteninin sifarişinə əsasən şəhər metrosunun yeni stansiyalarının və xətlərinin tikintisi layihələrində iştirak etmək məqsədilə dünyanın aparıcı tikinti şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkəti ilə birgə konsorsium təsis etmişdir.
 
Korporasiyanın digər fəaliyyət istiqaməti yaşayış binaları və ictimai-iaşə obyektlərinin tikintisidir. Korporasiya Bakı şəhərində ümumi yaşayış sahəsi 775.000 kv.m. və qeyri-yaşayış sahəsi 56.000 kv. m. olan 10 yaşayış kompleksinin tikintisini həyata keçirmiş və müvəffəqiyyətlə təhvil vermişdir.
 
Korporasiya tikinti materiallarının istehsalı və emalı sahəsinə də uğurla investisiya yatırır. Korporasiyanın ölkə ərazisində beton, dəmir-beton konstruksiyalar, metal konstruksiyalar, mərmər, qranit, asfalt, qum, çınqıl, kərpic və digər tikinti materialları istehsal edən 39 zavodu fəaliyyət göstərir.
 
Hazırda “Akkord” Korporasiyası Qazax rayonu ərazisində sement istehsalı zavodunun birinci istehsal xəttinin tikintisi layihəsini bitirmək mərhələsindədir. Tikintisi bu il başlanacaq ikinci istehsal xəttinin işə salınması ilə Akkord Sement Zavodunun illik istehsal gücü 3 milyon ton təşkil edəcəkdir.  
 
“Akkord “ Korporasiyası Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf  Bankı kimi dünyanın nəhəng maliyyə institutları tərəfindən maliyyələşən layihələrin həyata keçirilməsində böyük təcrübə qazanmışdır. Son illərdə “Akkord” Korporasiyası “Bouygues” (Fransa), “Freyssinet” (Fransa), “Salini” (İtaliya), “Condotte” (İtaliya), “Herrenknecht” (Almaniya), “SINOMA” (Çin), Ungersteel (Almaniya) kimi dünyanın nəhəng tikinti və istehsal şirkətləri ilə əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə etmişdir.
 
“Akkord” Korporasiyası, fəaliyyət sahəsində effektivliyi və səmərəliliyi artıqmaq məqsədilə inteqrə olunmuş korporatriv idarəetmə sistemi tətbiq etmiş, özünün maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq təkmilləşdirmişdir. “Böyük dördlüyə” daxil olan “Deloitee and Touche” şirkəti Korporasiyanın kənar auditoru qismində fəaliyyət göstərir. Korporasiya özünün genişmiqyaslı fəaliyyət, həmçinin korporativ reytinqinin “Fitch Ratings” şirkəti tərəfindən qiymətləndirilməsi üzrə kənar məsləhətçi qismində cəlb edilmiş “PricewaterhouseCoopers” şirkəti ilə sıx əməkdaşlıq edir.
 
Hal-hazırda 5000-dən artıq işçisi olan "Akkord” Korporasiyası fəaliyyətində “hər şey insan üçün” fəlsəfəsini əsas götürür. Korporasiyada nəinki Azərbaycandan, həmçinin İtaliya, Almaniya, Böyük Britaniya, BƏƏ, Çin, Türkiyə və Gürcüstandan dəvət olunmuş mütəxəssis heyəti çalışır.
 
“Akkord” Korporasiyası İSO 9001 Keyfiyyətin İdarəedilməsi Sistemi, İSO 14001 Ətraf Mühitin İdarəedilməsi Sistemi və OHSAS 18001 Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının İdarəedilməsi sertifikatlaşdırılmasından keçməklə müvafiq standartların uğurla tətbiqinə nail olmuşdur. Korporasiyada tikinti və istehsalat prosesləri “itkisiz fəaliyyət” siyasəti üzərində qurulmuşdur. İnşaat və istehsal prosesləri zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçilərin həyatının təhlükəsizliyini maksimal təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti Mühafizə Kodeksinə əməl edilir.
 
“Akkord” Korporasiyası 2011-ci ildə Avropa Biznes Assambleyasının (ABA) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Oksford şəhərində keçirilən Liderlərin Oksford Sammitində inşaat-tikinti sahəsində “İlin Lider Şirkəti” ali mükafatına, “Biznes sahəsində peşəkar nailiyyətlərə görə” diplomuna və “Ən yaxşı idarəetməyə görə” medalına layiq görülmüşdür. Elə həmin il Fransanın paytaxtı Paris şəhərində “Ticarətin Liderləri Klubu” və “Editorial Ofice” təşkilatı tərəfindən təsis edilən “Yeni minilliyin mükafatı”nın 23-cü təqdimat mərasimində Korporasiya “Beynəlxalq İnşaat Mükafatı”na, eyni zamanda “Biznes sahəsində liderliyə” görə qızıl medalına layiq görülmüşdür.
 
2012-ci ildə Almaniyanın Frankfurt şəhərində keçirilən 38-ci “İnternational Arch of Europe” Beynəlxalq Konvensiyada “Akkord” Korporasiyası “Avropa Keyfiyyəti 2012” Beynəlxalq Nominasiyası üzrə Qızıl Mükafata, 2013-cü ildə isə Londonda Avropa Biznes Assambleyası tərəfindən “Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə “İlin Tikinti Şirkəti” mükafatına layiq görülmüşdür.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi strategiyası Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışına, ixrac potensialının gücləndirilməsinə, mühüm beynəlxalq layihələrdə iştirakına, rəqabət qabiliyyətlərinin artırılmasına, mövqelərinin beynəlxalq biznes liderləri arasında möhkəmlənməsinə səbəb olmuşdur.
 
Bu strategiyaya söykənərək “Akkord” Korporasiyasının məqsədi Azərbaycan hüdudlarını aşan, beynəlxalq səviyyədə rəqabətə davamlı transmilli korporasiyaya çevrilməkdir.
 
 
 
  

BİZNES SAHƏLƏRİ:






Facebook

Linkedin