 |
|
YÜKLƏ:
|
|
|  |
|
|
|
 |
|
HaqqImIzda
|
Yeni Keyfiyyət Nişanı
«AKKORD INŞAAT-SƏNAYE» ASC Azərbaycanda qeyri-neft sektorunun inkişafına öz töhfələrini verərək, tikinti sahəsində yeni standartlar yaratmağa nail olub. Şirkət qısa müddət ərzində yaşayış evlərinin tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin tikintisi, tikinti materiallarının istehsalı və emalı sahəsində liderlik əldə edib. Azərbaycan iqtisadiyyatının inkişafında əvəvsiz rolu olan «AKKORD INŞAAT-SƏNAYE» ASC yaşayış binalarının tikintisi ilə yanaşı dinamik templərlə böyüməkdə olan inşaat sektorunun tikinti materiallarına olan tələbatını təmin etmək istiqamətində də böyük uğurlara nail olub.
«AKKORD INŞAAT-SƏNAYE» ASC ölkədə yeganə tikinti şirkətidir ki, Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının Standartını qəbul edib. Şirkət SGS - Sistem və Xidmət Sertifikasiya Şirkətinin İSO 9001-2000 Standartına Uyğunluq Sertifakatını alıb. Bu sertifikat şirkətin beton və kərpic istehsalı, körpü tikintisi, yaşayış binalarının layihələndirilməsi və inşasının beynəlxalq tikinti meyarlarına cavab verdiyini təsdiqləyir.
Şirkət hazırda inşa etdiyi avtomobil yolları, körpü və tunellərin tikintisinin keyfiyyətinə əmin olmaq, həmçinin istehsal və inşaat prosesində peşəkar məsləhətləşmlər aparmaq üçün Avstriyanın aparıcı inşaat şirkəti ilə razılaşma imzalayıb.
Azərbaycan tikinti sektorunun liderlərindən olan «AKKORD INŞAAT-SƏNAYE» ASC əsas üstünlüklərindən biri də tikinti prosesində “Primavera” proqramının son versiyasından stifadə etməsidir. Bu proqram tikinti prosesini ən yüksək səviyyədə gerçəkləşdirməyə, tikintinin proqramla idarə olnmasına imkan verir.
«AKKORD INŞAAT-SƏNAYE» ASC öz inkişafına maddi və intellektual sərmayə qoyaraq, bununla da Azərbaycan vətəndaşlarının sərfəli qiymət və satış şərtləri ilə keyfiyyətli yaşayış sahəsinə yiyələnməsini sürətləndirir, cəmiyyətin aztəminatlı təbəqəsinin və gənc ailələrin həyat səviyyəsinin yaxşılaşdırılmasına dəstək olur.
Tikinti sahəsinin lideri olmaq yolunu tutan və hazırda 3500 nəfərə qədər işçisi olan «AKKORD INŞAAT-SƏNAYE» ASC təməlində “Hər şey insan üçün” fəlsəfəsi dayanır. Şirkət təkcə insanları qorxusuz yaşayacaqları möhkəm evlərlə təmin etmir, həm də təhlükəsiz iş yerləri açır. «AKKORD INŞAAT-SƏNAYE» ASC tikinti prosesi sıfır itkisiz siyasətin üzərində dayanır. Tikinti prosesi zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçi həyatının təhlükəsizliyini hər an nəzarətdə saxlamaqla Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti mühafizə kodeksinə əməl edilir.
«AKKORD»-un əsas məqsədi Azərbaycanın müasir tikinti tarixində iz qoymaq, mühüm regional layihələrdə iştirak etməkdir.
Bizim üstünlüklərimiz:
-
Peşəkar heyət
-
Vertikal İnteqrasiya
-
İmkanlar
-
Keyfiyyət
«AKKORD INŞAAT-SƏNAYE» ASC Azərbaycanı yenilməz etmək istəyənlərin xidmətindədir |
|
 |