SON LAYİHƏLƏR

2007-ci il fevralın 1-də “Dinarv Commercu S.A.”, “Akkord Qum” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Jun Xao” və “Jork Products Inc.” arasında dördtərəfli müqavilə imzalandı. Həmin müqaviləyə əsasən, Qazax rayonunun Daş Salahlı kəndinə yaxın ərazidə sement zavodunun inşası planlaşdırıldı.

ətraflı >



 AZ EN RU

Texnİka

"AKKORD"un respublikanın inşaat-tikinti sektorunda lider mövqeyə çıxmasının əsas şərtlərindən biri də onun intellektual potensialla yanaşı, həm də güclü maddi-texniki bazaya malik olmasıdır. Bu gün "AKKORD"-a məxsus avtonəqliyyat və xüsusi texnikanın geniş çeşidi fəaliyyət göstərilən bütün sahələrdə işlərin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Diqqətəlayiq faktdır ki, bu bazaya daxil olan texniki vasitələrin bir çoxu dünyaca ünlü şirkətlərin məhsuludur və onlar respublikamıza ilk dəfə məhz "AKKORD"un vasitəsi ilə gətirilərək tətbiq olunmağa başlayıb. Bunların sırasında beton yolların salınmasında istifadə olunan, Almaniyanın “Wirtgen” şirkətinin istehsalı olan betonsalan maşınları, həmçinin beton yolun işlək vəziyyətə gətirilməsinə qədər lazımi prosesləri həyata keçirən digər texnikanı qeyd etmək olar. Ümumiyyətlə isə, hazırda "AKKORD"un müxtəlif sahələrdə istifadə etdiyi maşın və texnikanın sayı minlərlədir. Bu texniki bazada servis xidməti də ən yüksək səviyyədə təşkil olunub ki, bu da daim yenilənən və zənginləşən texniki vasitələrin hələ uzun illər respublikamız üçün əhəmiyyətli işlərdə uğurla tətbiq olunacağına zəmanət deməkdir. 

"AKKORD" müasir texnika ilə işləyir, müasir standartlara uyğun evlər, yollar, körpü və keçidlər tikir və reallaşdırdığı çoxsaylı layihələrlə Azərbaycan vətəndaşlarının zövqünü müasirləşdirir.