BİZİM PORTFOLIO:


SON XƏBƏRLƏR

ətraflı >

YÜKLƏ:
Şirkətin prezentasiyası
Ölkə üzrə hesabat
Layihələrin broşuru
 AZ EN RU

Press Relİz
2010-05-07 - “Akkord”un sponsorluq etdiyi KİV mini-futbol turniri uğurla başa çatdı
 
Ölkənin kütləvi informasiya vasitələri arasında “Şərq” qəzetinin təşkilatçılığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi mini-futbol turnirinin 2010-cu il – 7-ci çempionatı may ayının 7-də yekunlaşıb. Turnirin rəsmi bağlanış və mükafatların təqdimatı mərasimində iştirakçı komandalar, “Şərq” qəzetinin rəhbərliyi, AFFA nümayəndəliyi, “525-ci qəzet”in baş redaktoru, jurnalistlər, həmçinin, builki turnirin baş sponsoru olan “Akkord” Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ənənəvi turnirdə iştirak edən bütün komandaları gözəl və ədalətli yarış münasibətilə təbrik edib. Baş redaktor turnirə sponsorluq edən “Akkord” Şirkətlər Qrupunun rəhbərliyinə xüsusi təşəkkürünü ifadə edərək respublikamızın inşaat-tikinti sektorunun lideri olan Şirkətlər Qrupunun bu sponsorluq fəaliyyətində də əvvəllər heç vaxt görünməmiş yeniliklər və xoş sürprizlər etdiyini vurğulayıb. Bundan sonra o, sözü “Akkord” Şirkətlər Qrupunun nümayəndəsi Bəhruz Əliyevə verib. “Akkord” nümayəndəsi bu ənənəvi turnirin növbəti çempionatının müvəffəqiyyətlə başa çatması münasibətilə iştirakçı komandaları və qalibləri təbrik edib. O, “Akkord” Şirkətlər Qrupunun Ümummilli liderin xatirəsinə həsr olunmuş bu turnirə xüsusi diqqət yetirməsinin təsadüfi olmadığını bildirərək, “Akkord”un da daim Ulu Öndərin xatirəsini əziz tutduğunu vurğulayıb. Natiq həmçinin, daim mətbuatla açıq və səmimi münasibətlər qurmaqda maraqlı olan “Akkord”un bu turnirə ölkə mətbuatında həmrəylik və dostluq duyğularının inkişafı və ölkədə idmanın təbliği baxımından da əhəmiyyətli bir tədbir kimi yanaşdığını diqqətə çatdırıb. Bundan sonra, qaliblərin mükafatlandırılması mərasiminə başlanılıb. Turnirin qalibi –AzTV komandası “Akkord”un sponsorluq paketində əvvəlcədən açıqlandığı kimi 1000 AZN pul mükafatı, Şirkətlər Qrupunun hazırladığı xüsusi diplom və kubokla mükafatlandırlıb. İkinci yerin sahibi İTV komandası və üçüncü yeri tutan “Space” komandası da müvafiq olaraq 500 və 300 AZN pul, diplom və kubokla mükafatlandırlıb. Bundan sonra Şirkətlər Qrupunun təsis etdiyi 5 nominasiya - Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı yarımmüdafiəçi”, “Ən yaxşı hücumçu” və “Ən çox qol vuran oyunçu” nominasiyaları üzrə 5 nəfər turnir iştirakçısına hər biri 150 AZN olmaqla pul mükafatları və xüsusi diplomlar təqdim edilib. Bəhruz Əliyev “Akkord” rəhbərliyinin bu turnirin iştirakçılarına daha bir xüsusi hədiyyəsinin olduğunu da açıqlayaraq ilk uduş tarixi məhz may ayının 7-ə təsadüf edən və uduş fonduna “Akkord” Şirkətlər Qrupunun inşa etdiyi binalardan 25 təmirli mənzilin daxil olduğu “Taleh Açarı” lotereyalarını təmənnasız olaraq komandalara və tədbirdə iştirak edən jurnalistlərə paylayıb və onlara bol şans diləyib. Bu sürprizi böyük sevinclə qarşılayan mətbuat nümayəndələri “Akkord” rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sonda turnirin təşkilatçısı olan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı turnirə indiyədək görünməmiş səviyyədə göstərilən yüksək maddi və təşkilati dəstəyə görə “Akkord” Şirkətlər Qrupuna bir daha dərin təşəkkürünü bildirib.    

2010-08-13 - Bakı-Rusiya Federasiyası sərhədi avtomobil yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksi istismara verildi
2010-08-10 - “Akkord” Şirkətlər Qrupu müasir standartlara cavab verən Qranit-Mərmər zavodunu istifadəyə verdi.
2010-05-14 - “Qızıl buta” “Akkord” rəhbərliyinə təqdim edildi
2010-05-07 - “Akkord”un sponsorluq etdiyi KİV mini-futbol turniri uğurla başa çatdı
2010-04-13 - “Akkord” rəhbəri “Qızıl Buta” mükafatının sahibi oldu
2010-04-09 - “Akkord” “Media -2010” mini-futbol turnirinin baş sponsoru oldu
2010-03-31 - “Akkord” kollektivi və Xocalı məktəbliləri Soyqırım qurbanlarının xarirəsini yad etdilər.
2010-03-26 - “Akkord” Federasiya kubokuna sahib oldu.
2010-03-19 - Novruz bayramında qaçqın ailələrinə bayram sovqatları paylandı
2010-03-15 - “Akkord” Şirkətlər Qrupu paytaxtın “Qələbə meydanı”nında tunel tikintisinə start verir


© Akkord 2008. All Rights Reserved Privacy Policy | User Agreement