AZ

Trans – Anadolu təbii qaz boru kəməri ( TANAP )

Ümumi dəyəri 40 mlrd. avro təşkil edən TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsi nəzərdə tutulmuşdur. Layihə Azərbaycan, Türkiyə və Avropa üçün böyük strateji əhəmiyyət daşıyır. Potensialına görə mühüm siyası və iqtisadi əhəmiyyət daşıyan layihənin icrasında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ilə birgə İtalyan şirkəti olan “SİCİM S.p.A”, Türkiyə şirkəti olan “ Yüksel İnşaat”-la ortaq olaraq iştirak etmişdir. Ortaqlıq 2014-cü il dekabrın 23-də imzalanan müqaviləyə əsasən əlverişsiz hava şərtlərinə baxmayaraq, layihə üzrə 460 km uzunluğunda boru xəttini yüksək təhlükəsizlik standartlarına tam şəkildə əməl etməklə, qrafik üzrə müqavilə öhdəliklərini tamamilə icra etməklə yekunlaşdırmışdır.

Layihə üzrə Türkiyə ərazisindən keçən 1850 kilometrlik boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik boru xəttinin ikinci lot üzrə 375-825 km-ləri əhatə edən 460 km-lik hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) “Sicim-Yüksel-Akkord” ortaqlığı tərəfindən tikintisini həyata keçirilmişdir. Xəttin tikintisi zamanı 56 düymlük, divar qalınlığı 19,45 mm-dən 28,01 mm-dək olan borulardan istifadə edilmişdir.

Layihənin icrası müddətində 1430 ədəd müxtəlif inşaat maşın-mexanizmi cəlb edilmiş, gün ərzində 152 qaynaq işi edilmiş, 2898 nəfər heyət cəlb olunmuşdur.

Digər Layihələr

  • Boru kəməri
  • Tamamlanmış

Tovuz Şəhərində Su və Kanalizasiya işlərinin yenidən qurulması

  • Boru kəməri
  • Tamamlanmış

Ağstafa Şəhərində Su və Kanalizasiya işlərinin yenidən qurulması

All rights reserved © 2005-2021.