AZ

“Akkord Nəqliyyat” MMC

“Akkord Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat Departamentinin bazasında yaradılmışdır və hal – hazırda bu departamentin yerinə yetirdiyi işləri davam etdirir. Yeni struktur vahidi fəaliyyətinə 14.05.2015 – ci il tarixdən etibarən başlamışdır.

“Akkord Nəqliyyat” MMC “Akkord Səna3ye Tikinti İnvestisiya Korporasiyası” ASC – nin təsisçisi olduğu bütün təşkilatlar, eyni zamanda kənar təşkilatların avtonəqliyyat vasitələri, mexanizmlər və avadanlıqlarla təmin edilməsinə, həmin texnikaların əsaslı təmir edilməsinə, servis xidməti göstərilməsinə texniki dəstək göstərir.

Təşkilata məxsus texniki parklarda mövcud olan avadanlıqlar və burada çalışan peşəkar mütəxəssislər bu məsuliyyətli işin yüksək səviyyədə icrasına tam təminat verir.

“Akkord Nəqliyyat” MMC balansında olan 273 ədəd avtonəqliyyat vasitəsi, 83 ədəd maşın – mexanizm vasitəsilə ölkədə həyata keçirilən müxtəlif tikinti – quraşdırma layihələrində iştirak edir. Şirkətin balansında olan dünyanın aparıcı firmaları tərəfindən istehsal olunmuş texniki avadanlıqlar onun tikinti sektorundakı nüfuzuna dəlalət edir. Buna uyğun olaraq bir neçə nümunə göstərmək olar: kovuşunun tutumu 5m3 olan 3 ədəd Volvo 700 markalı ekskavatorlar ən çətin coğrafi metroloji şəraitdə belə irimiqyaslı layihələrin icrasında işlərini davam etdirirlər. Belə ki, ekskavatorlardan biri “Qazax Sement Zavodu” MMC – də sement istehsalı üçün nəzərdə tutulan və illik həcmi 1.200.000 ton olan xammalın yüklənməsində uğurla istifadə olunur. Bu layihədə eyni zamanda yenə də Volvo markalı 30 m3 yük tutumlu, ən müasir nadir texniki imkanlara malik 2 ədəd özüboşaldan qoşqu, MAN markalı özüboşaldan, MAN markalı özüboşaldan yarımqoşqular, Ford, Shacman, Howo markalı özüboşaldanlar çalışırlar.

Şirkətin müxtəlif ölkədaxili layihələrində icarəyə verdiyi Volvo, Liebherr markalı frontal yükləyicilər, universal yükləyicilər, buldozerlər, qreyderlərin müvəffəqiyyətli işlərini də qeyd etmək lazımdır. Ford, Kamaz markalı qoşqulu nəqliyyat vasitələri ölkədaxili, 5 ədəd MAN markalı fura nəqliyyat vasitələri isə həm ölkədaxili, həm də ölkəxarici yük daşımalarını həyata keçirirlər. Həmçinin 16 tondan 160 tona qədər yükqaldırma imkanına malik avtokranlar yükləmə - boşaltma işlərini icra edirlər.

Təşkilatın tabeliyində Bakı şəhərində iki, Qazaxda bir ədəd olmaqla 3 texniki park vardır. Zığ şossesi 11 – ci km ünvanında yerləşən parkda 2 ədəd təmir korpusu fəaliyyət göstərir: 1) avtonəqliyyat vasitələrinin təmiri; 2) maşın mexanizmlərinin təmiri. Bununla yanaşı, parkda 2 ədəd ehtiyat hissələri anbarı və 2000 ədəd nəqliyyat vasitəsi yerləşə biləcəyi dayanacaq mövcuddur. Parkın texniki vəziyyəti şirkətin öz balansında olan və kənar müəssisələrdən gələn sifarişlərə əsasən hər tip və marka maşın mexanizmlərinin, avadanlıqların əsaslı və cari təmirini həyata keçirməyə, servis xidməti göstərməyə imkan yaradır.

Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən texniki parkda hal – hazırda tikinti – quraşdırma işləri davam etdirilir. Yaxın zamanda burada 100.000 m2 – lik ərazidə 250 ədəd maşın – mexanizmlər üçün dayanacağın, texnikaların əsaslı və cari baxımı üçün təmir korpusunun inşasına da başlanılacaqdır.

3 –cü texniki park Qazax rayonunda, Qazax Sement Zavodunun ərazisində yerləşmişdir. Bu parkın əsas işi zavodun fəaliyyətinə dəstək göstərməkdən ibarətdir.

All rights reserved © 2005-2021.