AZ

“Team Building Qabala 2021”

Müəssisəmiz hər zaman öz işçilərinə münasibətdə daxili motivasiyanın yüksək səviyyədə saxlanılması, komanda ruhunun daim yüksəldilməsi və işçilərin sosial rifahının yaxşılaşdırılması prinsiplərini əsas götürmüşdür. Həmin prinsipləri üstün tutaraq müəssisə Rəhbərliyi tərəfindən işçilər arasında kommunikasiyanın gücləndirilməsi və əmək kollektivi arasında olan komanda ruhunun möhkəmləndirilməsi məqsədilə 24-25 dekabr 2021-ci il tarixlərində Qəbələ şəhərində “Team Building Qabala 2021” korporativ tədbiri həyata keçirilmişdir.

Tədbirin təşkilatçısı Bakı Beynalxalq Dəniz Limanı olmuş və "Liman İcmasının Qayğıları" çərçivəsində keçirilmişdir.

Mövzusu “Corporate Wild Camp” olan korporativ tədbir Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Otel”-də keçirilmiş, tədbirdə 45 dən çox interaktiv fəaliyyət icra edilmişdir. Həmçinin, Tufandağ qar xizək mərkəzinə də səfər olunaraq kanat yolunda səyahət edilmişdir.

 

All rights reserved © 2005-2021.