SON LAYİHƏLƏR

2007-ci il fevralın 1-də “Dinarv Commercu S.A.”, “Akkord Qum” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Jun Xao” və “Jork Products Inc.” arasında dördtərəfli müqavilə imzalandı. Həmin müqaviləyə əsasən, Qazax rayonunun Daş Salahlı kəndinə yaxın ərazidə sement zavodunun inşası planlaşdırıldı.

ətraflı >



 AZ EN RU

ÇInqIl

Qum-çınqıl karxanası

"AKKORD"un öz fəaliyyətində geniş yer ayırdığı sahələrdən biri də qum-çınqıl emalı sahəsidir. Hazırda təkcə Quba rayonunda “AKKORD”un 3 qum-çınqıl karxanası fəaliyyət göstərir. Karxanalarda emal olunan məhsullar əsasən, "AKKORD"un öz tələbatının ödənilməsinə sərf edilir. Hər üç karxana qum-çınqıl istehsalı üçün ən müasir texniki avadanlıqlarla təchiz olunub. 

«Quba qum-çınqıl karxanası – 1» rayonun Barlı kəndi ərazisində, Qudyalçayın sahilində yerləşir. Karxanada 3 adda tikinti məhsulu - qum, otsep, 5x10 və 10x22 mm ölçüdə çınqıl emal olunur. Xammal Qudyalçay vadisindən çıxarılır. Karxanada beynəlxalq standartlara cavab verən 6 adda 30 xüsusi texnikadan istifadə edilir. Karxana gün ərzində 7000 ton yüksək keyfiyyətli məhsul istehsal etmək gücünə malikdir. 
Karxanada 91 işçi çalışır ki, onların da əksəriyyəti yerli sakinlərdir. Ərazidə inşa edilmiş texnika təmiri emalatxanası, vaqon ofis və yeməkxana işçilərin xidmətindədir. 

«Quba qum-çınqıl karxanası – 2» rayonun Talabı kəndi ərazisində, Vəlvələ çayının sahilində yerləşir. Karxanada iki adda tikinti məhsulu – qum və 5x10 və 10x22 mm ölçüdə çınqıl emal olunur. Xammal Vəlvələ çayı vadisindən çıxarılır. Karxanada müasir tələblərə cavab verən 6 adda 24 xüsusi texnikadan istifadə edilir. Karxana gün ərzində 1500 ton məhsul istehsal etmək gücünə malikdir. 
Karxanada 24 işçi çalışır ki, onların da əksəriyyəti yerli sakinlərdir. Ərazidə inşa edilmiş texnika təmiri emalatxanasının bacarıqlı mütəxəssisləri ortaya çıxan problemləri tam şəkildə aradan qaldırırlar. Karxanada işçilər hər cür şəraiti olan ofis və yeməkxana ilə təmin olunublar. 

«Quba qum-çınqıl karxanası – 3» də rayonun Talabı kəndində, Vəlvələ çayının sahilində yerləşir. Karxanada müasir tələblərə cavab verən 6 adda 14 xüsusi texnikadan istifadə olunur. Karxana gün ərzində 1500 ton məhsul istehsal etmək gücünə malikdir. Burada qum, 5x10 və 10x22 mm ölçüdə çınqıl emal olunur. 24 nəfərin çalışdığı karxanada hər cür şəraitli ofis və yeməkxana binası inşa edilib. Burada da digər karxanalarda olduğu kimi işçilərin əksəriyyəti yerli sakinlərdən ibarətdir.

Siyəzən qum-çınqıl karxanası
«Siyəzən qum-çınqıl karxanası» Siyəzən rayonunun Yenikənd kəndi ərazisində, Gil-Gil çayının sahilində yerləşir. Müasir tələblərə cavab verən 10 adda texniki avadanlıqla təchiz olunmuş karxana gün ərzində 1000 ton məhsul istehsal etmək gücünə malikdir. Burada 5x25 mm ölçüdə çınqıl emal olunur. Karxanada yüksək səviyyəli ofis və yeməkxana işçilərin gündəlik istifadəsindədir.

Bəhrəmtəpə qum-çınqıl karxanası
«Bəhrəmtəpə qum-çınqıl karxanası» İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşir. 35 hektar ərazisi olan karxananın yüksək səviyyədə fəaliyyət göstərməsi üçün 2008-ci ilin mayında burada xeyli yenilənmə işləri aparılıb. Karxanada saatda 100 ton 0,5 mm ölçüdə yüksək keyfiyyətli qum istehsal edilir. Hazırda illik istehsal gücü 35-40 min ton olan müəssisəyə yeni qurğular gətirilməsi planlaşdırılır ki, bunun da nəticəsində müəssisənin illik istehsal gücü 60 min tona çatdırılacaq. Karxana Araz çayının vadisində yerləşir. 60 nəfərin çalışdığı müəssisədə işçilərin bütün problemləri yerindəcə həllini tapır. Başqa regionlarda olduğu kimi burada da ərazinin abadlaşdırılması istiqamətində işlər aparılıb.